
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyası (RLDP) lideri Vladimir Jirinovski Cənubi Qafqazın tam silahsızlaşdırılmasına dair çağırış edib.
Onun fikrincə, əks halda, Qarabağdakı münaqişə heç vaxt bitməyəcək.
“Cənubi Qafqazfa tam demilitarizasiya keçirmək lazımdır. Bu gün hər bir tərəfin əlindəki bu qədərlik silah həcmi ilə Dağlıq Qarabağdakı münaqişə heç vaxt bitməyəcək”, – deyə o bildirib.






























