Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan DİN-in sərhəd polisinin 3-cü vertolyotu da bu gün səhər saatlarında Mestia rayonunun Xaişi kəndinin yaxınlığında dağlardakı yanğının söndürülməsinə cəlb edilib.

Gürcüstan Fövqəladə Hallar İdarəsi Xidməti bildirir ki, yanğının lokallaşdırılması işləri bütün gecəni davam edib. Mestiadakı meşə yanğını artıq 3-cü sutkadır ki, söndürülür. Mütəxəssislər hazırda vəziyyətin nəzarətdə olduğunu deyirlər.

Ərazidə qərargah yaradılıb.

Svanetiyada ümumilikdə 110 yanğın söndürən və 7 ədəd yanğın-xilasedici texnikası, həmçinin 3 vertolyot işləyir.

Sameqrelo-Zemo Svaneti rəsmisi bildirib ki, mürəkkəb relyef, külək və isti hava işləri çətinləşdirir. Onun sözlərinə görə, zərurət halnda xilasedicilər əhalini təxliyyə etməyə hazırdır.