
Az.shafaqna.com “İzvestiya”-ya istinadən xəbər verir ki, Rusiya ABŞ-ı saziş-bacarıqlı partnyor kimi görmür və o, öz etibarını itirib, lakin etibarı bərpa etməyə başlamaq lazımdır.
Bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Rusiyalı rəsmi bu şəkildə Açıq Səma Razılığının (ASR) iştirakçı-ölkələrinin danışıqlarını şərh edib.
“Biz Vaşinqtona qarşı bir kontragent* kimi etimadımızı itirmişik və yəgin, onu tədricən bərpa etməyə başlamaq lazımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, inamı kiçik addımlarla bərpa etmək lazım gələcək.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp 21 mayda ölkəsinin ASR-dən çıxdığını elan edib. ABŞ Dövlət Departamenti qeyd edib ki, qərar elan edildikdən 6 ay sonra qüvvəyə minir.
*Kontragent – müqavilə üzrə müəyyən təəhhüd götürən şəxs və ya idarə.






























