Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Ümumdünya Bankı “Dünya İdarəetmə İndikatorları” (Dİİ) ilə bağlı növbəti araşdırmasını dərc edib.

“Korrupsiyaya nəzarət”-ə əsasən, Gürcüstan Ümumdünya Bankına üzv 189 ölkə arasında ilk 20-liyə daxildir.

Bildirilir ki, Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olan 13 ölkəni geridə qoyur: İspaniya, Kipr, Polşa, Çexiya, Latviya, Slovakiya, İtaliya, Malta, Xorvatiya, Macarıstan, Yunanıstan, Rumıniya və Bolqarıstan.

Rüşvətlə mübarizə nöqteyi nəzərindən, Gürcüstan regionda liderdir, keçmiş Sovet ölkələri məkanında isə ən yaxşı göstəricilərə yalnız Estoniya və Litva sahibdir.

Dİİ araşdırma məlumatlarının bazasıdır və o, araşdırma insititutları və mərkəzləri, beynəlxalq təşkilatlar, fərdi şəxslərin sorğularının nəticələrindən əldə edilən fikir və qiymətləndirmələrə əsaslanır.

Dİİ-yə əsasən, bütün dünyadan 214 ölkə və ərazi, o cümlədən də Ümumdünya Bankına üzv olan 189 dövlət qiymətləndirilir.