İsrail qüvvələri müsəlmanlara əl-Əqsada namaz qılmağa imkan vermədi

Az.shafaqna.com “Anadolu”-ya istinadən xəbər verir ki, İsrail qüvvələrinin müşayiəti altında fanatik yəhudilər yenidən əl-Əqsa məscidinin ərazisinə soxulublar.

Xatırladaq ki, onlarla radikal yəhudi cümə axşamı günü səhər saatlarında Məscidül-Əqsa ərazisinə daxil olublar. Bu əsnada isə İsrail qüvvələri fələstinlilərin məscidə girişinə icazə verməyib.

İsrail qüvvələri yalnız 40 yaşdan yuxarı və turist olan az sayda müsəlmanlara məscid ərazisində ibadət etməyə icazə veriblər. Digər müsəlmanlar isə müqəddəs məkanın qapıları ağzında namaz qılmalı olub.

Artıq 2 gündür ki, İsrail qüvvələri Qüds şəhərində yerləşə əl-Əqsa məscidində müsəlmanlara qarşı zorakılıqlara yol verir, yüzlərlə müsəlman tutulur.

Xatırladaq ki, fanatik yəhudilərdən ibarət qruplar məscid ərazisində qurban ayini keçirməyə dair çağırış edib. Buna cavab olaraq isə fələstinlilər gecəni əl-Əqsa ərazisində keçiriblər.

İsrail qüvvələri məscid ərazisində reyd təşkil edərək müsəlmanlara qarşı güc tətbiq edib, 400-dən çox insan isə tutulub.

Bu məqaləni paylaş