Az.shafaqna.com xəbər verir ki, Türkiyə rəsmiləri İsrailin Əqsa məscidinə hücumunu qınayıblar.

Mustafa Şentop

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop İsrail təhlükəsizlik qüvvələrinin Əqsa məscidinin müqəddəsliyini pozaraq orada ibadət edən fələstinlilərə müdaxiləsini qınayıb.

Rəsmi internet səhifəsində paylaşım edən Mustafa Şentop Ramazan ayında müsəlmanlar üçün  müqəddəs olan günlərində İsrailin günahsız fələstinlilərə etdiyi zülmün aramsız olaraq davam etdiyini bildirib.

İsrailin müdaxiləsinə sərt reaksiya verən Mustafa Şentop deyib:
“İsrail təhlükəsizlik qüvvələrinin Əqsa məscidinin müqəddəsliyini pozaraq orada ibadət edən fələstinlilərə müdaxiləsini pisləyirəm. İsrail qüvvələri tərəfindən törədilən vəhşiliyi qınamaq bizim mənəvi borcumuzdur”.

Hulusi Akar

Türkiyənin milli müdafiə naziri Hulusi Akar da İsrail qüvvələrinin Əqsa məscidində ibadət edən insanlara qarşı törətdiklərini qınayıb.
Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik rəsmi ”Twitter” səhifəsində etdiyi paylaşımda bu ifadələrə yer verib: “Fələstinlilərə qarşı edilən bu hörmətsizliyi və şiddəti qınayırıq. İsrail təhlükəsizlik qüvvələri Əqsa məscidinin müqəddəsliyini pozaraq məscidə basqın edib. Bu fələstinli qardaş və bacılarımızın din və vicdan azadlığına qanunsuz müdaxilədir”.

Fuad Oktay

Türkiyənin vitse-prezidenti Fuad Oqtay da sosial media hesabında paylaşım edərək deyib: ”İsrailin müqəddəs Ramazan ayında Əqsa məscidinə təşkil etdiyi hücumu və müsəlmanlara qarşı zorakılığını qınayırıq”.

Mövlud Çavuşoğlu

Xarici işlər naziri Mövlud Çavuşoğlu isə Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısından sonra açıqlama verərək deyib: ”İsrailin  Əqsa məscidinə təşkil etdiyi hücumu qınayırıq”.

Fəxrətdin Altun

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun isə paylaşımında bu ifadələrə yer  verib: “İsrailin müqəddəs Ramazan ayında Əqsa məscidinə etdiyi hücumunu və  müsəlman qardaşlarımıza qarşı zorakılığını qınayıram. Türkiye olaraq fələstinli qardaşlarımızın hüquqlarını qorumaq üçün işləməyə və hər sahədə onların yanında olmağa davam edəcəyik”.