
Az.shafaqna.com “Fox News”-ə istinadən xəbər verir ki, ABŞ ərazisində Çinin mobil tətbiqi olan “TikTok” qadağan edilə bilər.
Bu sözləri ABŞ-ın dövlət katibi Mayk Pompeo jurnalistin “Hindistanın ardınca ABŞ da Çin sosial şəbəkələrinin, o cümlədən “TikTok”-un fəaliyyətini qadağan edə bilərmi?” sualına cavab olaraq deyib.
“Biz buna olduqca ciddi yanaşırıq və şübhəsiz, bunu gözdən keçiririk”, – deyə o qeyd edib.
O bildirib ki, bu mobil tətbiqi istifadə etməyi yalnız o halda məsləhət görər ki, əgər insanlar özlərinin şəxsi məlumatlarının “Çin Kommunist Partiyasının əllərində” olmasını özləri istəyərlərsə.






























