Az.shafaqna.com “Gazeta”-ya istinadən xəbər verir ki, 8 çəki kateqoriyasında dünya çempionu olan yeganə boksçu Menni Pakyayo MMA döyüşçüsü Konor Makqreqora qarşı mümkün döyüş barədə fikir bildirib.

Filippinli idmançının sözlərinə görə, döyüşün taleyi həm-promouterlərin icazəsindən asılı olacaq.

Mənim hazırda “Paradigm Sports Management” ilə müqaviləm yoxdur. Mən öz şəxsi “Pac Sports and Entertainment” şirkətimi təsis etmişəm və azarkeşlərə arzuladıqlarını hədiyyə etməyə hazıram, yəni Konorla çox maraqlı döyüşü”, – deyə o bildirib.

Pakyayo əlavə edib ki, bu döyüş “əgər mən bu tədbirin həm-promouterərindən olsam, baş tutacaq”.