Photo by Roxanne Shewchuk from Pexels

Az.shafaqna.com “The Sun”-a istinadən xəbər verir ki, arxeoloqlar Misirin Cizə şəhərində 59 məqbərə qazıb tapıblar.

Onların təxminən 2,5 min yaşı var.

Məqbərələrdə beyinləri çıxarılmış 50 mumiya aşkar edilib.

Qeyd edilir ki, beyinlər burundan salınmaqla dəmir qarmaqcıqlar vasitəsi ilə təmizlənib.

Kəşf məşhur piramidalardan 16 km cənubda 10-12 metr dərinliklərdə edilib.

Bildirilir ki, məqbərələrdəki divar naxışları da zamanımızadək gəlib çatıb.

Bu məqbərələr və mumiyalar Böyük Misir Müzeyində sərgilənəcək.