Photo by Cristiana Raluca from Pexels

Az.shafaqna.com BBC-a istinadən xəbər verir ki, koronavirus pandemiyası Avropa İttifaqının velosiped sənayesinə misli görünməmiş investisiyalara səbəb olub.

Pandemiyanın əvvəlində velosipedçilər üçün infrastruktura 1 milyard avrodan çox pul yatırılıb, 2300 km yeni velosiped yolu salınıb.

Əvvəllər insanlar ictimai nəqliyyatdan istifadə edirdilər. Lakin indi pandemiya şəraitində özünü qorumaq üçün alternativə tələbat yarandı.

Xüsusilə də, Milanda velosipedçilərin sayı 7 dəfə, Parisdə 3 dəfə, Brüsseldə 2 dəfə çoxalıb.