Az.shafaqna.com INA-ya istinadən xəbər verir ki, İraqın Baş naziri Mustafa əl-Kazımi təhlükəsizlik məsələləri və terrorçuluqla mübarizə üzrə mütəxəssis Hişam əl-Haşiminin qətlində iştirak edənləri cəzanalandıracağına dair söz verib.

Söz veririk ki, qatilləri təqib edəcəyik. Onlar layiqli cəzalarını çəkəcəklər”, – deyə o qeyd edib.

O bildirib ki, əl-Haşimi İŞİD terror təşkilatı ilə mübarizədə İraq Silahlı Qüvvələrinə əhəmiyyətli dəstək verib və o, ölkədəki ictimai fikri formalaşdıran görkəmli fiqur idi.

Xatırladaq ki, əl-Haşimi dünən axşam saatlarında evinin yanında silahlı dəstə tərəfindən güllələnərək qətlə yetirilib.

İraq prezidenti Bərham Saleh, İraq parlamentinin spikeri Məhəmməd əl-Həlbusi və “Həşdi Şabi” də qətli pisləyiblər.