
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Almaniyada SSRİ-nin prezidenti Mixail Qorbaçov üçün ilk heykəl ucaldılıb.
Abidə Dessau-Roslau şəhərindədir.
Şəhər rəhbərliyinin sözlərinə görə, monument “perestroyka” şəraitində öz fəaliyyətini aparan və “1989-cu ildə Almaniya Demokratik Respublikasında dinc inqilabın və 1990-cı ildə alman birliyinin baş verməsinə imkan verən” zəmini yaradan siyasətçinin şərəfinə açılıb.
Addımlayan Qorbaçov heykəli tam boy ölçüsündə hazırlanıb. Təşəbbüskar isə şəhərin məmurlarından biri olan Peter Kurasdır. Abidə şəhər sakinlərinin ianələri hesabına quraşdırılıb. Heykəl şəhər bələdiyyəsinin qarşısında yerləşir.
Xatırladaq ki, indiyədək Almaniyada Qorbaçovun tam boy abidəsi olmamışdı. Daha öncə siyasətçinin yalnız büstü quraşdırılmışdı.





























