
Az.shafaqna.com “Rustavi 2”-yə istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib ki, ölkəsi Qarabağdakı vəziyyətlə bağlı ATƏT-in Minsk qrupunun danışıqlarını qəbul etməyə hazırdır.
O, qeyd edib ki, bu həftə Azərbaycan və Ermənistan prezidentləri ilə danışıqlar aparmaq niyyətindədir.
“Düşünürəm ki, biz iclasın keçirilməsinə kömək etməliyik, heç olmasa, Gürcüstanda. Biz hər şeyi edəcəyik və onlar üçün məqbul olan hər şeyə hazırıq”, – deyə Zurabişvili bildirib.
O, həmçinin deyib ki, Gürcüstan iki qonşu ölkəyə münasibətdə neytrallığın tərəfdarıdır.






























