Az.shafaqna.com xəbər verir ki, Azərbaycanın dünya bazarı və neft birjalarında satdığı Azeri LT CIF neftinin qiymətində ciddi dəyişiklik olub.

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 44,36   ABŞ dolları təşkil edib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.

İndiyə qədər “Azeri LT CIF” neftinin minimal qiyməti bu ilin aprelin 1-də (16,53 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.