Argentina millisi keçirdiyi yoldaşlıq görüşünsə Panamaya 2:0 hesabı ilə qalib gəlib.
Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, Lionel Messi isə bu oyunda öz karyerasının 800-cü qolunu vurub.
Hesabı 78-ci dəqiqdə Tyaqo Almada açıb. Messi isə bu qoluna qarşılaşmanın 89-cu dəqiqəsində imza atıb.
Qeyd edək ki, Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyasının (IFFHS) məlumatına əsasən, Messi öz karyerası ərzində 800 qol vurmuş ikinci futbolçudur. İlk bu cür idmaçı isə portuqaliyalı Kriştianu Ronaldudur.
38 yaşlı portuqal idmançı 800-ci qolunu 2021-ci ilin dekabr ayında vurub.






























