MN: Gəncə şəhəri Ermənistan ərazisindən atəşə məruz qalıb – VIDEO

Düşmən Gəncə şəhərini Ermənistan ərazisindən atəşə məruz qoyub.

Az.shafaqna.com xəbər verir ki, bu haqda Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilir ki,  Ermənistanın silahlı qüvvələri oktyabrın 4-də saat 10 radələrindən başlayaraq Ermənistanın hərbi-siyası rəhbərliyinin göstərişi ilə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrini ağır artilleriyadan atəşə tutub.

“Report”un bölgə müxbirinin məlumatına görə, nəticədə ölən və yaralananlar var.

Bu məqaləni paylaş