Az.shafaqna.com xəbər verir ki, işğal altındakı Azərbaycan torpaqlarında qurulan qondarma Dağlıq Qarabağ rejiminin “paytaxtı” Xankəndi şəhərində yaşayan ermənilər qaçmağa başlayıblar.

Bu barədə “RİA Novosti” müxbiri bildirib.

Onlar şəhərin mərkəzində toplaşırlar, daha sonra isə avtobuslarla bölgəni tərk edirlər.

Müxbir bildirib ki, qondarma rejimin Martakert (Ağdərə), Martuni (Xocavənd), Hadrut şəhərləri demək olar ki, tamamilə boşalıb.