Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycan və Ermənistan prezidentlərini dialoqu bərpa etməyə və atəşi dayandırmağa səsləyib.

Bizim iki dost və qonşu ölkələrimizin prezident və hökumətlərinə müraciət etmək istəyirəm ki, onlar arasındakı dialoq mümkün qədər tez bərpa edilsin. Onları deeskalasiya və atəşin dayandırılmasına çağırmaq istəyirəm”, – deyə Zurabişvili bildirib.

O, gürcü xalqının adından Qarabağda baş verənlərlə bağlı öz təəssüfünü bildirib və qeyd edib ki, regionda sülh hər 3 ölkənin maraqları daxilindədir.

Atəşin dayandırılması bütün bizim ölkələrin əsas ortaq marağıdır”, – deyə o bildirib.

Zurabişvilinin sözlərinə görə, atəşkəs ilə regiona sabitliyi və onun dünyadakı böyük iqtisadi rolunu qaytarmaq olar və deyib ki, “bu, bizim ümumi nailiyyətimizdir və bu, bizim fikrini bir yerdə çəkməli olduğumuz şeydir”.

O, Tbilisinin münaqişə tərəfləri arasında istənilən danışıqları qəbul etməyə hazır olduğunu bir daha təsdiq edib.

Biz tərəflər üçün arzuolunan hər bir şeyə hazırıq”, – deyə o qeyd edib.