
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Yaponiya sahillərində Tokiodan 280 km məsafədə 6 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar sakinlər tərəfindən də hiss edilib.
Bu barədə Yaponiyanın Baş Meteoroloji İdarəsi məlumat verib.
Qeyd edilir ki, zəlzələ ocağı 70 km dərinlikdə olub. Ölkənin 13 prefekturası, o cümlədən də paytaxt Tokio sakinləri öz evlərində təbiət hadisəsini hiss ediblər. Onun gücü 7 ballıq şkala ilə 3 bal təşkiд edib.
Sunami təhlükəsi elan edilməyib. Hadisə nəticəsində ölən və ya yaralananların olması barədə məlumat yoxdur.






























