Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Fransa hökuməti vətəndaşlarına Ermənistana səfər etməməyi məsləhət görür.
Bu barədə Fransa XİN məlumat verib.
Qərarın Qarabağdakı vəziyyətin gərginləşməsinin fonunda verildiyi bildirilir.
Hazırda Ermənistanda olan fransalılara isə zərurət olmadıqca ölkə daxilində səyahətləri minimuma endirməklə bağlı çağırış edilib.
Bu məqaləni paylaş