
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi İnfeksiyon Xəstəxanasının rəsmisi Marina Endeladze jurnalistlərə bildirib ki, 471 yeni yoluxma halının 360-ı Acarıstanda müəyyən edilib.
O deyib ki, 57 yeni yoluma paytaxtda qeydə alınıb.
22 yoluxma Sameqrelo-Zemo Svaneti, 11 yoluxma İmereti, 6 yoluxma Kvemo Kartli, 6 yoluxma Kaxeti, 5 yoluxma Quriya, 3 yoluxma Mtsxeta, 1 yoluxma isə Samtsxe-Cavaxetidə qeydə alınıb.
Xatırladaq ki, Gürcüstanda indiyədək 3572 yoluxma qeydə alınıb.





























