
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, BMT Baş katibi Antoniu Quterreş Baş Assambleyada çıxış edərkən bəyan edib ki, nüvə silahsızlaşdırması mövzusundakı dünya tərəqqisi tamamilə dayanıb.
“BMT-in qurulmasından və Xirosima və Naqasakinin dəhşətli bombardmanlarından 75 il sonra dünya nüvə faciəsinin kölgəsində yaşamağa davam edir”, – deyə Quterreş bildirib.
Onun sözlərinə görə, Yür kürəsində həyatın qorunub saxlanılması üçün nüvə silahının məhv edilməsi olduqca vacibdir, baxmayaraq ki, bəzi ölkələr onu öz milli təhlükəsizliklərinin təminatına üçün əhəmiyyətli hesab edirlər.
Bundan başqa, Quterreş qeyd edib ki, nüvə silahsızlaşdırması mövzusundakı dünya tərəqqisi dünyada gərginliyin kəskin artışına görə hazırda geri diyirlənmək riski ilə üz-üzədir.






























