Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel bəyan edib ki, Avropa İttifaqı (Aİ) Qarabağda sülhün tətbiqinin tərəfdarıdır.

O, bu barədə Brüsseldəki Aİ liderlərinin sammitinin yekunlarına dair mətbuat konfansında bildirib.

Biz, əlbəttə ki, burada sülhün tətbiq edilməsinin lehinə çıxış edirik. Bu, bu mürəkkəb münaqişənin həllinin dinc müzakirəsinin yeganə imkanıdır“, – deyə Merkel qeyd edib.

O əlavə edib ki, hərbi metodlarla münaqişənin dinc həlli mümkün deyil.