Arivera/Pixabay

Az.shafaqna.com “Gizmochina”-ya istinadən xəbər verir ki, tezliklə “WhatsApp” mesencerində müəyyən çatlardan gələn bildirişlərin müddətsiz söndürülməsi funksiyası peyda olacaq.

Qeyd edilir ki, “Android” platformalı cihazlar üçün mobil əlavənin bu cür yenilikli beta-versiyası artıq test edilməkdədir.

Daha öncə, qrupdan çıxarkən, “WhatsApp”-dakı bildirişləri 8 saatlığına, 1 həftəliyinə və ya 1 illiyinə söndürmək olurdu. Artıq bunu həmişəlik etmək olacaq.

Bundan başqa, çatlar siyahısı axtarış sətri ilə təchiz ediləcək, proqramın özündə isə “Multimedianın istifadəsinə dair məsləhət” bəndi peyda olacaq – göndərməzdən öncə mətn və qrafikanın redaktəsi üçün.