
Ötən həftə koronavirus testi pozitiv çıxan, Böyük Mərcəi Ayətullahül Üzma Seyid Əli Sistaninin tam səlahiyyətli mütləq vəkili Ayətullah Seyid Cavad Şəhristaninin müalicə kursu bitib.
Az.shafaqna.com-a bu haqda “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev bildirib.
“Ayətullah Seyid Cavad Şəhristani ilə telefon əlaqəsi saxladım. Səhhəti yaxşıdır. Bütün möminlərə salamını çatdırdı, işlərimizlə maraqlandı. Onu dua edən bütün möminlərə təşəkkürünü çatdırdı.”, -deyə Hacı Faiq Nəbiyev qeyd edib.
“Seyid Şəhristaninin müalicə kursunun bitdiyini, analizlərin cavablarının yaxşı, müalicəsinin uğurlu keçməsilə bağlı məlumat aldım. İctimai işlərinə qismən qayıtdığını və gələcək günlərdə tam olaraq əvvəlki kimi işinin başına dönəcəyini dedilər.”, -deyə “Alulbayt Gürcüstan”ın rəhbəri, Ayətullah Şəhristaninin Gürcüstan nümayəndəsi Hacı Faiq Nəbiyev əlavə edib.






























