Az.shafaqna.com “beIN Sports”-a istinadən xəbər verir ki, “Barselona” kapitanı Lionel Messi “Lion”-un yarımmüdafiəçisi Memfis Depayın transfer edilməsinə qarşı çıxıb.

Argentinalı hücumçu Kataloniya klubunun Usman Dembeleni “Mançester Yunayted”-ə satmasını istəmir.

Qeyd edilir ki, fransalı futbolçu Dembele komandanı tərk etsə, “Barselona” Depayın transferi üzərində işləyəcək.

Xatırladaq ki, Depay 2017-ci ildən Fransa komandasında çıxış edir.