Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi səfir Sedat Önal Türkiyənin Suriya xalqına humanitar yardımlara şərait yaratdığını açıqlayıb.
“Ölkəmizdə baş verən zəlzələ ilə əlaqədar yaranan çətinliklərin öhdəsindən gəlməyə cəhd edərkən, həm də Suriya xalqına humanitar yardımların çatdırılmasını asanlaşdırmaq üçün təşəbbüslərimizi davam etdiririk”, – Önal deyib.
Önal BMT Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən və Suriyadakı siyasi hadisələrin və humanitar vəziyyətin müzakirə edildiyi sessiyada çıxış edib.
Türkiyə və qonşu Suriya xalqının yaxın tarixin ən dağıdıcı zəlzələlərinin fəsadlarının öhdəsindən gəlməyə çalışdıqlarına diqqət çəkən Önal “Ağrımız və kədərimiz dərindir. Düşüncələrimiz və dualarımız bütün zəlzələ qurbanları, yas saxlayan ailələri və bundan təsirlənən insanlarla birliktədir” ifadələrdən istifadə edib.
S.Önal Türkiyə hökuməti adından beynəlxalq ictimaiyyətə, o cümlədən Şura üzvlərinə, BMT və Avropa İttifaqına göstərdikləri dəstəyə görə təşəkkür etmək istədiyini bildirərək, zəlzələdən sonra BMT-nin Türkiyəyə istiqamətli təcili humanitar çağırışı daxil beynəlxalq dəstəyin davam etməsinin əhəmiyyətinə diqqət çəkib.
Türkiyənin həmin zamanda BMT-nin sahə səfərlərini asanlaşdırdığını deyən Önal Türkiyə hava məkanının Suriyaya humanitar yardım aparan təyyarələrə də açıq olduğunu vurğulayıb.
