Reuters

Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bəyan edib ki, əgər Türkiyə tərəfindən Kipr və Yunanıstana münasibətdə konstruktiv hərəkət olmayacaqsa, Avropa İttidaqı dekabrın əvvəlində Ankaraya qarşı sanksiya tətbiq edəcək.

Biz razılaşdıq ki, əgər Ankara bizim dialoq çağırışlarımıza konstruktiv cavab verməzsə, Türkiyəyə qarşı sanksiyalar dekabrın əvvəlində tətbiq edilə bilər”, – deyə Makron Brüsseildə Aİ sammitinin ilk gününün yekununa dair brifinqdə bildirib.

Fransa prezidenti qeyd edib ki, Aİ Türkiyə ilə ticarət və miqrasiya üzrə əməkdaşlıq quraraq münasibətləri normallaşdırmaq üçün daha bir cəhd etmək niyyətindədir. Lakin eyni zamanda əmin edib ki, Aİ “heç zaman öz üzv ölkələrinin maraq və suverenliyinə dair mənafeyindən əl çəkməyəcək”.

Xatırladaq ki, Türkiyənin Şərqi Aralıq dənizində apardığı kəşfiyyat qazıntılar bu ölkə Yunanıstan və Kipr arasında gərginliyə səbəb olub.