Az.shafaqna.com “IslamNews”-ə istinadən xəbər verir ki, Pakistan rəhbərliyi Babri məscidinin induist radikalları tərəfindən dağıdılması işi üzrə Hindistan məhkəməsinin bəraətverici qərarını sərt şəkildə pisləyib.

Xatırladaq ki, Hindistanın Uttar-Pradeş ştatında yerləşən məşhur Babri məscidi 1992-ci il 6 dekabrda ekstremistlər tərəfindən dağıdılıb. Bu cinayət işində 32 adamın əli var və məhkəmə onların hamısının barəsində bəraət hökmü çıxardıb.

Pakistan cinayətkarların barəsindəki bugünkü biabırçı bəratverici hökmü pisləyir”, – deyə Pakistan XİN-dən bildirilib.