Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, “Gürcü Arzusu” partiyasının icraçı katibi İrakli Kobaxidze partiyasının seçkilərlə bağlı gözləntisindən danışıb.

Onun sözlərinə görə, “Gürcü Arzusu” keyfiyyətli və nəzərəçarpacaq qədər gücləndirilmiş parlament komandasına sahib olacaq.

Biz öz seçki siyahımızı təqdim etdik. Siyahıda hazırkı deputatlar və yeni simalar da var”, – deyə o bildirib.

Gözləyirik ki, bizim göstəricilərimiz 50%-i nəzərəçarpacaq qədər keçəcək və 60%-ə çata bilər”, – deyə o əlavə edib.

Kobaxidze deyib ki, bu gözləntilərinə əsasən, proporsional siyahıdan 70 nəfər parlamentə daxil ola biləcək.

Bizim bunun üçün bütün resurslarımız var, lakin hər bir şeyi seçicilər həll edəcək”, – deyə o qeyd edib.

Partiya rəsmisi bildirib ki, hakim komandanın birpartiyalı hökumət yaratmaq üçün imkanı var və bu, ölkənin demokratik inkişafı üçün olduqca əhəmiyyətlidir.