
Az.shafaqna.com “Russia Today”-a istinadən xəbər verir ki, Rusiya, ABŞ və Fransa prezidentləri Qarabağdakı vəziyyətlə bağlı ortaq bəyanat qəbul ediblər.
Vladimir Putin, Donald Tramp və Emmanuel Makron Qarabağdakı vəziyyətin eskalasiyasını “ən qəti şəkildə pisləyirlər”.
“Dərhal iştirakçı tərəflərin silahlı qüvvələri arasındakı hərbi əməliyyatların dayandırılmasına çağırırıq”, – deyə sənəddə bildirilib.
Onlar Ermənistan və Azərbaycan başçılarını ATƏT-in Minsk qrupunun həmsədrlərinin yardımı ilə danışıqları başlatmağı öhdələrinə götürməyə səsləyiblər.






























