
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Hindistanda son iki gündə ildirım zərbəsi 110 insanın həyatına son qoyub.
Bihar və Uttar-Pradeş ştatlarında baş verən təbii fəlakət nəticəsində həm də 32 nəfər də yaralanıb.
Ölkənin Baş naziri Narendra Modi hadisə ilə bağlı öz başsağlığını ifadə edib.
Ölənlərin qohumlarına maddi yardım ediləcək.
Hava departamenti proqnoz verir ki, Uttar-Pradeşdə yağıntılar davam edəcək. Ehtimal edilir ki, tufan növbəti bir neçə gün ərzində də ştatın bütün bölgələrində baş verəcək.














