Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “Telegram”-dakı kanallarda şərh funksiyası işə salınıb.

Bu barədə mesencerin qurucusu Pavel Durov məlumat verib.

O deyib ki, “Telegram”-ı yeniləməklə bu funksiyadan faydalanmaq olar.

Durov qeyd edib ki, şərhlər qrup çatına bənzəyəcək, yəni bütün şərhlər müəyyən kanala bağlı olacaq.

O həmçinin bildirib ki, şərh yazanlar səsli mesajlar və ya GIF təsvirlər də göndərə, kanal administratorları isə müvafiq məhdudiyyətlər tətbiq edə bilərlər.