Az.shafaqna.com “1Prime”-yə istinadən xəbər verir ki, internetdə veb-saytlara daxil olarkən “cookie” fayllarının istifadəsinə dair bildirişlərin sayı artmaqdadır.

Sözügedən fayllar vasitəsi ilə sayta daxil olan istifadəçi barədə müəyyən məlumatlar toplanılır.

Bu barədə Rusiya İqtisad Universitetinin informatika kafedrasının dosenti Aleksandr Timofeyev məlumat verib.

Sayt tərəfindən “cookie” fayllarının istifadəsinə istifadəçinin razılığının sayəsində müxtəlif statistikalar sayt üçün əlçatan olur. Məsələn, insan saytda nə qədər zaman keçirib, saytdakı hansı məhsul və ya mətn onun diqqətini cəlb edib, hansı hiperlinklər vasitəsi ilə o, bu sayta gəlib çıxıb, alış edib mi”, – deyə mütəxəssis izah edib.