Aİ Gürcüstanı “yaşıl ölkələr” siyahısında saxladı

Az.shafaqna.com “NewsGeorgia”-ya istinadən xəbər verir ki, Avropa İttifaqı Şurasının sərhədlərin açılması üçün təhlükəsiz ölkələr siyahısı dəyişməz olaraq qalıb.

Gürcüstan da epidemioloji vəziyyət nöqteyi nəzərindən təhlükəsiz dövlət statusunu qoruyub saxlaya bilib.

Hazırda siyahıya Gürcüstan, Kanada, Yeni Zelandiya, Avstraliya, Ruanda, Tayland, Tunis, Uruqvay, Cənubi Koreya və Yaponiya da daxildir.

Aİ ölkələri Çin ilə qarşılıqlılıq prinsipi şərti ilə – Çin də avropalılara girişə icazə verən zaman sərhədləri aça bilər.

Xatırladaq ki, Aİ 15 iyundan daxili sərhədlərini açmağa başlayıb. “Yaşıl ölkələr” siyahısının ilk versiyası Aİ Şurası tərəfindən 30 iyunda təsdiqlənib.

Hər hansı bir ölkənin bu siyahıya daxil edilə bilməsi üçün epidemioloji vəziyyət, koronavirusun yayılması ilə mübarizə tədbirləri, iqtisadi və sosial amillər kimi kriteriyalar nəzərə alınır.

Siyahı məsləhət xarakterlidir. Aİ ölkələri siyahıdan olan ölkələrlə öz sərhədlərini açmaq qərarını müstəqil qəbul edir. Eyni zamanda onlar həmin siyahıda olmayan ölkə vətəndaşlarının girişinə isə icazə verə bilməzlər.

Bu məqaləni paylaş