Az.shafaqna.com “Lenta”-ya istinadən xəbər verir ki, məşhur aktyor Jan-Klod Van Damm rusiyalı idmançı Həbib Nurmaqomedovun atasının ölüm xəbərinə reaksiya verib.

Qardaş, səninlə görüşmək qismət olmasa da, həmişə sənin həyat yoluna heyran olmuşam. Mən sənin üçün dua edəcəyəm. Dərin hüznlə Həbib Nurmaqomedov və bütün ailəsinə başsağlığı verirəm”, – deyə o instagram səhifəsində bildirib.

Xatırladaq ki, 57 yaşlı Əbdülmanaf Nurmaqomedov 3 iyulda dünyasını dəyişib.

Mənbə