
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Fələstin Azadlıq Təşkilatı (FAT) Ərəb Dövlətlər Liqasının (ƏDL) rəhbərliyinin dəyişdirilməsinə dair çağırış edib.
FAT-ın İcraiyyə Şurasının başçısı Said Ureykat bildirib ki, ƏDL-in hazırkı Baş katibi Əbu əl-Qeyt bir sıra ərəb ölkələrinin Fələstinin xalqının maraqlarına zidd olaraq İsrail ilə dialoquna göz yumur.
Ureykat İordaniya, Misir, Mərakeş və Tunisdən olan diplomatlarla görüşün yekunu ilə bağlı qeyd edib ki, Əbu əl-Qeyt ƏDL-in rəsmi mövqeyinə və Ərəb Sülh Təşəbbüsünə məhəl qoymayaraq ərəb dünyasının etibarını itirib.
“ƏDL-in hazırkı Baş katibi BƏƏ və Bəhreyinin İsraillə münasibətləri normallaşdırmaqla bağlı addımlarını pisləməkdən imtina edib, bununla da İsraillə dialoqu leqitimləşdirib. Əbu əl-Qeyt üçün öz postunu tərk etməyin zamanıdır“, – deyə o əlavə edib.






























