Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Çeçenistan başçısı Ramzan Kadırov Sülh və İnkişaf İnstitutunun (INSPAD) təsis etdiyi Sülh-2020 beynəlxalq mükafatına layiq görülüb.

Sözügedən mükafat Kadırovun beynəlxalq münasibətlər, humanitar və təhsil proqramlarına və həmçinin digər sahələrə olan töhfələrinə görə verilib.

Qeyd edək ki, INSPAD beynəlxalq qeyri-hökumət təşkilatdır, Brüsseldə qeydiyyatdan keçirilib.