az.shafaqna.com ilahiyyatçı alim Seyid Mirhəmid Məmmədovdan münasibət alıb

A.shafaqna.com xəbər verir ki, İlahiyyatçı alim Mirhəmid Məmmədov Qarabağın azadlığı uğrunda  döyüşənlərə müraciət edib. Müraciətdə deyilir: “Əziz döyüşçülər, bu müqəddəs yolda bütün fədakarlıqlarınızı dərk edərək sizə qibtə edirik, bizlər sizi düzgün dəyərləndirməkdə acizik. Qiymətinizi, mükafatınızı ödəməyə yalnız Uca Allah qadirdir. İnanın ki, həqiqətən hər zaman qəlbimizdəsiniz, hələlik bacardığımız sizi dua etməkdirsə, niyyətimiz arxanızca sizə qoşulmaqdır. Düşmənə bir an belə macal verməyin, qələbə yaxındır!
وَلَا تَهِنُوا فِي ابْتِغَاءِ الْقَوْمِ ۖ إِن تَكُونُوا تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ اللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ اللَّهُ عَلِيمًا حَكِيمًا – النساء 104
(Kafir) qövmü tə’qib etməkdə zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz Allahdan elə bir şeyə ümid edirsiniz ki, onlar (buna) ümid etmirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir! – Nisa surəsi, ayə 104.”