
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Baş naziri Giorgi Qaxariya Qarabağla bağlı vəziyyəti şərh edib və tərəflərə münaqişənin həlli danışıqları üçün Tbilisini seçməyi təklif edib.
O qeyd edib, Gürcüstanın hər iki ölkə ilə – həm Azərbaycan, həm də Ermənistan ilə mehriban qonşuluq münasibətləri bağlayır.
“Tarixən Gürcüstanda yaşayan azərbaycanlılar və ermənilər bizim vətəndaşlarımızdır və hər zaman təkcə ölkəmizin yox, həm də ümumilikdə regionun inkişaf və güclənməsində mühüm rol oynayıblar“, – deyə Qaxariya bildirib.
O deyib ki, regionda sülhün bərqərar edilməsi ümumi maraqdır. Gürcüstan istənilən üsulla bu prosesə kömək etməyə, o cümlədən də münaqişə tərəflərinin Tbilisidə dialoq üçün görüşünü keçirməyə hazırdır.






























