Az.shafaqna.com “Sputnik”-ə istinadən xəbər verir ki, iyul ayında Avropada qalan Gürcüstan vətəndaşları 5 xüsusi reyslə vətənlərinə geri qaytarılacaqlar.

Gürcüstan hökumətinin rəsmisi İrakli Çikovani bildirib ki, 13, 15, 17, 22 və 28 iyulda, müvafiq olaraq, Varşava, Barselona, Roma, Paris və Afinaya xüsusi reyslər planlaşdırılıb.

Vətənə geri dönən vətəndaşlar əvvəlki kimi 14-günlük karantindən keçməlidirlər”, – deyə o qeyd edib.

Gürcüstan XİN-in məlumatına görə, COVID-19 pandemiyası dövründə hava, quru və dəniz yolları ilə 13256 Gürcüstan vətəndaşının vətənə qayıtmasına dövlət tərəfindən yardım edilib.