Pixabay

Az.shafaqna.com “İnterfaks”-a istinadən xəbər verir ki, koronavirusa görə xarici turistlərin Rusiyaya gəlişinin dayanması 7 milyard dollar itkiyə səbəb olub.

Bu barədə Rusiya Əmək Sənayesi İttifaqının prezidenti Andrey İqnatyev bildirib.

Onun proqnozlarına görə, 2020-ci ilin sonunda bu məbləğ 8-9 milyard dollaradək artacaq.

Xatırladaq ki, 27 martda Rusiya pandemiyaya görə bütün sərhədlərini xaricilər üçün bağlayıb.