Cal Sport Media | cordonpress

Az.shafaqna.com “Diario Sport”-a istinadən xəbər verir ki, “Barselona”-nın argentinalı hücumçusu komandasının azarkeşlərinə müraciət edib.

Mən özümün bütün səhvlərimə görə məsuliyyət daşıyıram. Əgər mən səhvə yol vermiş olsam belə, bu, yalnız “Barselona”-nın daha yaxşı və daha güclü olması üçün olub”, – deyə o bildirib.

Messi deyib ki, hədəfə çatmağın yeganə yolu – şövqün ruh yüksəkliyi və motivasiya ilə birləşdirilməsidir.

O, komandanı tərk etmək istədiyini elan edib. Bunun əsas səbəblərindən biri “Bavariya”-ya 2:8 hesabı ilə məğlubiyyət olub. Lakin komanda rəhbərliyi onun bu istəyinə mane olub.