
Az.shafaqna.com “interpressnews”-ə istinadən xəbər verir ki, ilkin dəyərləndirmələrə əsasən, avqust ayında Gürcüstan iqtisadiyyatı 5,3% azalıb.
Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin icraçı direktoru Qogita Todradze məlumat verib.
Onun sözlərinə görə, yanvar-avqust ayında orta real artım mənfidir və -5.6% təşkil edir.
“İlkin qiymətləndirməyə əsasən, avqustda, iyulla müqayisədə, vəziyyət cüzidir, lakin müəyyən dərəcə yaxşılaşıb. 5.3%-lik iqtisadiyyat azalması göz qabağındadır. Müvafiq olaraq, orta real artım ilk 8 ayda -5.6% təşkil edir”, – deyə o bildirib.
Todradze deyib ki, dağ-mədən sənayesindən başqa, azalma tendensiyası, demək olar ki, bütün sektorlarda özünü büruzə verir.





























