Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hakimiyyətin idarə effektivliyində 100 baldan 76,2 bal toplayıb və bununla da 1996-cı ildən bəri tarixi maksimuma çatıb.

Bu barədə Ümumdünya Bankının 2019-cu il üçün olan “Qlobal idarəetmə indikatoru” araşdırmasında deyilir.

Gürcüstan “requlyasiya keyfiyyətini” artıraraq 82,69 bal toplayıb.

Gürcüstan rüşvətlə mübarizə göstəricisində də 70%-dən çox toplayıb – 74,04. Ötən il isə bu göstərici 76,44 idi.

Ölkə qanunun aliliyi reytinqində (62%) və siyasi sabitlik və zorakılığın yoxluğunda (29,05%) aşağı bal toplayıb.

“Fikir və cavabdehlik” reytinqində isə Gürcüstan 52,3% səs toplayıb.

Araşdırmaya əsasən, Gürcüstan regionda lider olaraq qalır.