Arek Socha/Pixabay

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, virusoloq, tibb elmləri doktoru, professor Anatoli Altşteyn payızda immunitetin möhkəmlədilmə yolları barədə danışıb.

Mütəxəssis ilk növbədə xatırladıb ki, bu gün epidemiya əleyhinə tədbirlərə diqqətli şəkildə əməl etmək, ictimai yerlərdə sosial məsafə və maskaların istifadəsi barədə unutmamaq lazımdır. Həmçinin tez-tez əlləri yumaq və antiseptiklə təmizləmək lazımdır.

Əgər mümkündürsə, distant işləyin, əgər özünütəcridə əməl etmək imkanı varsa. Lakin bu zaman da, əlbəttə, digər insanlarla kontaktda olmamağa çalışaraq gəzmək, fikizi məşqlər etmək lazımdır, bu, mühümdür”, – deyə Altşteyn bildirib.

Bundan başqa, D vitamini qəbul etmək lazımdır. Mütəxəssis qeyd edir ki, payızda bədənin möhkəmlədilməsi, tamdəyərli qidalanma, yaxşı yuxu lazımdır.

O, spirtli içkinin ziyanlı olduğunu da vurğulayıb.