
Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan Baş nazirini müavini, ədliyyə naziri Tea Tsulukiani nazirliyin fəaliyyətinə dair 8 illik hesabat təqdim edəcək.
Ədliyyə naziri ötən illər ərzindəki fəaliyyətini yekunlaşdıracaq.
Tsulukiani “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının seçki siyahısında 4-cü yerdədir. Beləliklə, seçki qanunvericiliyinə əsasən, o, istefa verərək 1 oktyabrdan seçki kampaniyasına qoşulmalıdır.
“Onadək, hələ mənim komandamın bəzi üzvləri və mən namizəd qismində seçki kampaniyasına qoşulmamışıq, qanun bizə bir vəzifə olaraq istefa vermək və Ədliyyə Nazirliyindəki 8 illik işimizi yekunlaşdırmağı tapşırır”, – deyə Tsulukiani hesabat təqdim edən zaman bildirib.






























