Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, ABŞ-ın Müstəqillik Gününü qeyd edən zaman, onlarla xarici, ilkin ehtimala görə, ABŞ əsgəri Cənubi Koreyanın Pusan şəhərindəki çimərlikdə iğtişaş törədib. Hərbçilərdən biri saxlanılıb.

Hadisə şənbə günü axşam saatlarında baş verib. Belə ki, xarici vətəndaşlar səmaya və həmçinin yerli insanlar və yaxınlıqdakı evlərin istiqamətində fişəng və partladan atıblar.

Pusan polisi bildirib ki, yerli sakinlərdən 70-dən çox şikayət daxil olub. Qeyd edilir ki, xarici vətəndaşlar təkcə qadağan edilmiş fişənglərdən istifadə etməyiblər, həm də maska taxmayaraq koronavirusla mübarizə tədbirlərini pozublar.

Qeyd edilir ki, sözügedən əcnəbilər ABŞ əsgərləri olub.