ABŞ “Google” şirkətini məhkəməyə verib

Az.shafaqna.com-un verdiyi xəbərə görə, ABŞ Ədliyyə Nazirliyi “Google” korporasiyasını onlayn reklam bazarında lider mövqeyi ilə bağlı məhkəməyə verib.

Bu barədə nazirliyin saytında bildirilib.

“Bu gün Ədliyyə Nazirliyi Kaliforniya, Kolorado, Konnektikut, Nyu-Cersi, Nyu York, Rod-Aylend, Tennessi və Virciniya Baş Prokurorları ilə birlikdə “Google”a qarşı rəqəmsal reklam məhsullarının inhisarlaşdırılması hallarına görə mülki antiinhisar iddiası qaldırıb”, – deyə qeyd olunub.

Bildirilib ki, “Google” 15 ildir ki, qeyri-qanuni rəqabət əleyhinə mübarizə üsullarından istifadə edib ki, bu da reklamın qiymətinin artmasına və ölkə miqyasında kütləvi informasiya vasitələrinə ziyan vurmasına səbəb olub.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş