Az.shafaqna.com “newsgeorgia”-ya istinadən xəbər verir ki, Gürcüstan Müdafiə Qüvvələrinin Kəşfiyyat Bölmələri İspaniyadan alınan yeni PUA-larla təchiz ediləcək.

Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili Marneuli aviabazasında İspaniyanın pilotsuz kəşfiyyat sistemləri ilə tanış olub. Cihazların nümayiş uçuşu keçirilib.

Pilotsuz kəşfiyyat sistemlərinin müasirləşdirilməsi və alışı Gürcüstanın müdafiə qabiliyyətini ciddi şəkildə artıracaq. Bu sistemlər nəzərəçarpacaq qədər ölkənin kəşfiyyat imkanlarının inkişafına kömək edəcək, həmçinin müxtəlif təlim və xilasetmə əməliyyatlarında istifadə ediləcək.

Nazirlikdən həmçinin köhnə uçuş aparatlarını da yeniləyib və heyətə yenidən hazırlıq keçib.

Pilotsuz kəşfiyyat sistemlərinin müasirləşdirilməsi ilə yanaşı, nazirlik Hava Hücumundan Müdafiə sistemlərini, tank əleyhinə silahları, həmçinin müasir artilleriya və kəşfiyyat sistemlərini də aktiv şəkildə əldə edir.